Günün fotosu Türkiyədən...

Polisin gözündən süzülən yaşları şəhidin doğmalarından bir qadın sildi
İstanbul Fateh məscidində təşkil edilən cənazə mərasimində şəhid yoldaşının başında gözləyən polisin gözündən süzülən yaşlar, şəhidin doğmalarından olan bir qadın tərəfindən silinir.
Dövlət rəsmilərinin də qatıldığı mərasimdə şəhid polislərin nəşləri son mənzilə yola salındı. 
Tabutların yanında polislər sayğı duruşu edərkən, bəzi polislərin gözyaşlarını saxlaya bilmədikləri göründü. Ağlayan bir polisin gözyaşlarını isə bir şəhidin yaxını sildi.
"Reuters"ün foto müxbiri Murad Sezərin çəkdiyi kadr, agentlik tərəfindən günün fotoşəkilləri arasında göstərildi.