
Gürcüstan əhalisinin iki qatı həcmində turist qəbul edib, Azərbaycan isə...
13:03 28.09.2018
Arxiv
697
"Şimal-qərb qonşumuza səkkiz milyon turist gəldiyi halda bu göstərici biz də 2.5 milyondur. Bu da ölkə potensialından maksimim şəkildə istifadə edilmədiyini göstərir"
"Azərbaycanda turizmin inkişafı ilə bağlı kifayət qədər potensial olmasına baxmayaraq bundan lazımi şəkildə istifadə edilmir”
Bunu "Sherg.az”a bu il Rusiyadan ölkəmizə gələn turistlərin sayının 20 faiz artması haqqında danışarkən iqtisdçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, turizm sahəsində turistlərin sayının artması istənilən halda ölkə iqtisadyyatının xeyrinədir:
"2014-cü ildən sonra ölkədə ödəmələr balansını tənzimləmək məqsədi ilə valyuta axınının şaxələndirilməsinə ehtiyac var idi. Bu istiqamətdə də perspektiv sahələrdən biri turizm sektorudur. Həmçinin turizmin inkişafı həm də ölkədə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artmasına şərait yaradır. Son zamanlar ölkədə turizm sahəsində bir sıra işlər görülüb. Azərbaycanın bir çox dövlətlərlə viza sistemini asanlaşdırması və son illərdə manatın məzənnəsinin sabitləşməsi bu sahənin inkişafına müsbət təsir göstərdi.

Viza sisteminin sadələşdirilməsi xarici qonaqların gömrük məntəqələrində əziyyət çəkmələrinin qarşısı aldı. Əvvəllər manatın məzənnəsinin yüksək olması turistlərin artıq xərc çəkməsinə gətrib çıxarırdı. Artıq bu kimi faktorların həll edilməsi son vaxtlər turistlərin artım dinamikasında özünü açıq- aydın büruzə verdi. Azərbaycana Rusiya, körfəz ölkələri və digər ərazilərdən gələn qonaqların sayında ciddi artım var. Bu da büdcəmizə əlavə vəsaitin daxil olması deməkdir. Ölkəmiz hələ də bu sektorda öz potensialına uyğun nəticə əldə etməyib.
Məsələn, Gürcüstan 2018-ci ildə ölkə əhalisinin iki qatı həcmində turist qəbul edib. Şimal-qərb qonşumuza səkkiz milyon turist gəldiyi halda bu göstərici biz də 2.5 milyondur. Bu da ölkə potensialından maksimim şəkildə istifadə edilmədiyini göstərir. Amma yenə də turuzin inkişafında müsbətə doğru addımlar müşahidə olunur. Məncə, bu sektorun daha da təkminləşdirilməsinə ehtiyac var. Xidmət sahələrini, tənzimləmə faktorlarını və digər bu kimi amilləri daha effektiv şəkildə inkişaf etdirsək, sonda istənilən müsbət nəticəni əldə edə bilərik”.
Qeyd edək ki, Rusiyadan Azərbaycana turist axını artıb. Bu ilin ilk 2 ayında Azərbaycana 600 mindən çox Rusiya vətəndaşı gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət