Gürcüstan hökumətinin qərarı normal qarşılanmalıdır
08:36 02.03.2018
Arxiv
505
“Tez-tez bu ölkəyə gedən azərbaycanlılar avtomobillərini 1 illik sığorta etdirməklə problemi həll edə bilərlər”
Mart ayının 1-dən etibarən Gürcüstana avtomobillə daxil olan xarici vətəndaşlardan sığorta tələb olunacaq. Qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.
Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir. Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, 200 lari məbləğində cərimələnəcək. Bəzi ekspertlərə görə, Azərbaycanın sərhəd rayonlarında yaşayan və iqtisadi səbəblərdən tez-tez Gürcüstana keçmək məcburiyyətində qalan vətəndaşlarımız yeni qərardan əziyyət çəkəcəklər. Çünki sadəcə bir-iki gün müddətinə qonşu ölkəyə ayaq basan azərbaycanlılar belə avtomobillərini minimum 15 günlük sığortalamaq məcburiyyətində qalacaqlar. Bu isə maddi baxımdan onlara sərf etməyəcək.
Yeniliklə bağlı "Şərq”ə danışan "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, Gürcüstanda icbari sığorta uzun müddətdir tətbiq olunur. Sonuncu dəyişiklik isə birbaşa xarici vətəndaşlarla bağlıdır:
"Ümumiyyətlə, sığorta təşkilatları mənfəət güdən qurumlardır. Onlar əlavə gəlir yerləri aşkar edirlər. Gürcüstan dövləti öz büdcəsini, ölkəyə gələn maşınları, ekologiyanı və baş verən digər hadisələri nəzərə alaraq bu cür qərar verib. Məncə, normal qərardır. Hesab edirəm ki, burada ciddi problem yaradacaq məqamlar yoxdur. Gürcüstana tez-tez gedən azərbaycanlılar avtomobillərini 1 illik sığorta etdirməklə problemi həll edə bilərlər. Mənim kimi ildə bir-iki dəfə gedən adamlarla bağlı isə yanaşma fərqlidir. Bildiyimə görə, sığorta onlara tətbiq olunmur. Amma 15, 30 və daha uzun müddətə ölkədə qalmaq istəyənlərin maşını mütləq sığortalanmalıdır. Nəzərə alaq ki, bu, Gürcüstanın dövlətinin daxili işidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət