Gürcüstan MSK-nın sədri: “Səslərin 50 faizi hesablanıb, Salome Zurabişvili hələlik liderdir”





Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turun ilkin nəticələrini açıqlayıb.

MSK-nın sədri Tamar Jivaniya deyib ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və bundan sonra səslərin hesablanmasına başlanılıb. Ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 50,74 faizi sayılıb.

Hesablanmış 50,74 faiz səsin nəticələrində görə, "Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze 41,97 faiz, hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili isə 58,03 faiz səs toplayıb.

T.Jivaniya bir daha vurğulayıb ki, bu, yalnız hesablanmış 50,74 faiz bülletenlərin nəticələridir.