Gürcüstanda prezident seçkilərində "exit poll"un nəticələri açıqlandı - Kim qalib olur?




Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, "Rustavi 2” telekanalının sifarişi ilə "Edison Research” şirkətinin keçirdiyi "exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 55% səs toplayıb.

Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Qeyd edək ki, 28 oktyabrda keçirilən prezident seçkilərində 25 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi.