“Güzgü”yə yaxınlaşın: Məktəb fobiyası, özunəqapanma, televizor asılılığının çarəsini görəcəksiniz

Yeni fəaliyətə başlayan "Güzgü” Dəyişim və İnkişaf Mərkəzi insanlara yardım edəcək. Sherg.az xəbər verir ki, xidmətlərə böyüklər üçün diksiya, psixoloq, Azərbaycan-rus dillərində uşaq psixoloqu, Azərbaycan-rus dillərində defektoloq-loqoped, məktəbəqədər hazırlıq, abituriyent hazırlığı, rəsm dərnəkləri, böyüklər və uşaqlar üçün xarici dil hazırlığı daxildir. Psixoloji seanslar tanınmış psixoloq Fərqanə Mehmanqızı tərəfindən həyata keçirilir.
Göstəriləcək psixoloji xidmətlər haqqında Sherg.az-a danışan F. Mehmanqızı deyib ki, seanslara stress, depressiya və suisid, ailədaxili münaqişələr, psixi pozuntular, aqressiya, fobiya, özgüvən əksikliyi, hamiləlik və doğuşdan sonrakı stress, panikatak və onkoloji xəstəliklər zamanı qrup terapiyaları daxildir:
"Mərkəzdə nitq təlimləri də reallaşdırılır. Təlimlərimizi tanınmış aparıcı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu həyata keçirir. Nitq təlimlərinin müddəti həftədə 2 dəfə, saat yarım olmaqla 2 ay keçirilir. Təlimlər zamanı iştirakçılara düzgün nəfəs almaq, səsin dolğunlaşdırılması, səs tellərinin gücləndirilməsi, ağız tənbəlliyinin aradan qaldırılması, auditoriya qarşısında çıxış həyəcanının, utancaqlığın dəf edilməsi, söz ehtiyatının artırılması, ünsiyyətcilliyin təmin olunması, davranış qaydaları, bəlağətli, rahat danışıq məşğələləri eləcə də bədən dilinin idarə olunması öyrədilir.
Defektoloq-loqoped isə uşaqlarda kəkələmənin aradan qaldırılması, beyindəki yanlış nitq vərdişinin tənzimlənməsi, nitq qıcolmaların aradan qaldırılması, nitq tənəffüsünün ritm və sürətinin normallaşdırılması, tiklərin aradan qaldırılması, qısa müddətdə axıcı danışıq bacarığının pozulmasında yardımçı olacaq və daim onlarda psixo-pedaqoji iş aparacaq”.
F. Mehmanqızı əlavə edib ki, mərkəzdə fəaliyyət göstərən uşaq psixoloqu isə övladlara məktəb fobiyası, uşaq nevrozları, uşaq depressiyaları, özgüvən əskikliyi, məktəblinin unsiyyət pozuntusu, özunəqapanma, televizor asılılığı, yalan danışma, kleptomaniya, aqressiya hisslərinin aradan qaldırılmasında yardımçı olacaq: 
"Bundan əlavə psixoloqumuz uşaqlarda tualet vərdişləri, uşaq və ailə münasibətlərini aşılayır, enurez (altını islatma), autizm, asperger, rett sindromu, daun sindromunun aradan qaldırılmasında köməklik göstərir. Əqli gerilik və inkişaf ləngiməsi, hiperaktivlik və diqqət dağınıqlığı, ünsiyyət çətinliyinin aradan qaldırılması, ərköyünlük, şıltaqlıq və davranış pozuntularının korreksiyası, qorxu hissinin, qapalılığın, utancaqlığın diaqnostikası və korreksiyasını həyata keçirəcək”.
Aysel Aslan