Hacıqabulda üstünə manqal aşan azyaşlı öldü




Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. DİN-in saytının verdiyi məlumata görə, avqustun 11-də Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb. Xəstəxanaya yerləşdirilən azyaşlı Y.Qafarov avqustun 12-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.