Hamilə qadını öldürüb, uşağı qarnından çıxardılar – ÖLKƏ ŞOKDA + FOTO

Amerikada 19 yaşlı 9 aylıq hamilə olan gənc ana aprelin 23-də evində öldürülüb.
"Sherg.az” "lexpress.fr”ə istinadən xəbər verir ki, gənc ananı öldürdükdən sonra uşağı onun qarnından çıxarıblar.
Bu hadisə bütün Amerikanı şoka salıb. Çikaqo polisi 3 nəfəri şübhəli qismində saxlayıbv. Marlen Oşa-Lopez adlı öldürülən gənc ananın nəşi bu həftənin çərşənbə axşamı tapılıb. 
Onun itməsinə dair məlumatlar 4 həftə öncə yayılsa da, onun nəşi 2 gün əvvəl tapılıb. Polisin verdiyi məlumata görə, onu kabel şunuru ilə boğublar.
Salxanılanlar - 46 yaşlı Klarisa Fiqera, onun 24 yaşlı qızı Dezir və 40 yaşlı Piotr Bobakdır.
Xəbərdə o da qeyd olunur ki, Klarisa Fiqera bu günlərdə təcili tibbi yardıma zəng edərək bildirib ki, yeni doğulmuş bir uşaq var və o nəfəs almaqda çətinlik çəkir. 
DNT analizlərinin cavabı həmin körpənin Marlen Oşa- Lopezin uşağı olduğunu təsdiqləyib. Uşaq çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun sağ qalma ehtimalı çox azdır.
Çikaqo polisi təcili mətbuat konfransı keçirib. Polis rəisi qeyd edib ki, həmin ailə yeni bir uşağın dünyaya gəlişini bayram edəcəkdi. Lakin indi onlar ananın ölümünə ağlayırlar. Ola bilsin, uşaq da sağ qalmayacaq”.
Tərcümə etdi: Ayyət Əhməd