Hamiləlik dövründə qadınlar yoxlamalardan keçməlidir
14:30 03.03.2018
Arxiv
503
“Əgər anada yod çatışmazlığı varsa, mütləq yeni doğulanın intellektual inkişafına mənfi təsir edir”
BMT-nin Uşaq Fondunun (UNİCEF) və Qidalanmanın Yaxşılaşdırılması üzrə Qlobal Alyansın (GAİN) birgə məruzəsində verilən məlumata görə, hər il yeni doğulan körpələrin 14 faizinin sağlamlığı ciddi riskə məruz qalır. Bu isə bütün dünya üzrə təqribən 19 milyon körpə deməkdir. Söhbət yod qıtlığından gedir.
Hamiləlik dövründə ananın orqanizmində, həmçinin uşağın həyatının ilk illərində orqanizmində yod qıtlığı körpənin baş beyninin zədələnməsinə və intellektual qabiliyyətlərinin xeyli zəifləməsinə gətirib çıxara bilər.
Bu məsələ Avropada da çox kəskindir. Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatlarına görə, Rusiya və Ukrayna məktəblilərinin orqanizmində yodun miqdarı orta normadan aşağıdır. DST israrla bildirir ki, duzun yodlaşdırılması barədə qanun qəbul edilməlidir. Buna baxmayaraq Rusiyada hələ də belə qanun qəbul edilməyib.
Yadda saxlamaq lazımdır ki, yod qıtlığına qarşı mübarizə aparmaq mümkündür. Məsələnin əsas həll yolu qida məqsədilə yodlaşdırılmış duzdan istifadə etməkdir. Belə duz hamilə qadınların və uşaqların öz orqanizmləri üçün zəruri miqdarda yod almasına kömək edir. Yodlaşdırılmış duz ailənin digər üzvləri üçün zərərsizdir və yemək hazırlamaq üçün məhz ondan istifadə etmək lazımdır.
Yod qıtlığının profilaktika tədbirlərinin sadə olmasına baxmayaraq Cənubi və Şərqi Afrika ölkələrində əhalinin dörddə bir hissəsi yodlaşdırılmış duzdan istifadə etmək imkanından məhrumdur. Nəticədə həmin regionda dörd milyon körpə yod qıtlığının inkişaf etməsi təhlükəsi qarşısında köməksiz vəziyyətdədir.
Yodun orqanizm, xüsusilə qalxanvari vəzin normal fəaliyyət göstərməsi üçün mühüm element olduğunu deyən həkim-pediatr Vaqif Qarayev "Şərq”ə bildirib ki, hələ hamiləlik dönəmində qadınlar vaxtaşırı yoxlamalardan keçməlidirlər. Əks təqdirdə gələcəkdə həm öz, həm də körpəsi üçün neqativ hallar qaçılmazdır:
"Orqanizmdə yod artıq olduqda qalxanvari vəz normal fəaliyyət göstərə bilmir. Yod çatışmazlığı zamanı da ciddi xəstəliklər əmələ gəlir. Ona görə orqanizmdə yodun miqdarı stabil olmalıdır.
Bəzi regionlarımızda ənənəvi yod çatışmazlığı var. Bildiyim qədər Şəki-Zaqatala bölgəsində suyu yodlaşdırırlar. Dünya Səhiyyə Təşkilatının məlumatına gəldikdə isə, bu məsələ çoxdan aktualdır. Amma son vaxtlar uşaqlarda anadangəlmə əqli çatışmazlıqlar daha kəskin aktuallaşıb. Hamilə vaxtı əgər anada yod çatışmazlığı varsa, mütləq yeni doğulanın intellektual inkişafına mənfi təsir edir. Ona görə ginekoloqlar həmin qalxanvari vəzin hormonlarını yoxlayırlar. Çatışmazlıq varsa, mütləq hamilə qadınlara əlavə müalicə təyin olunur”.
Pediatrın sözlərinə görə, yeni doğulanların müayinəsi üçün daban testi deyilən bir skrininq var: "Həmin skrininqdə qalxanvari vəz çatışmazlığı yoxlanılır. Dabandan 5 damcı götürülür, həmin damcı xüsusi şüşələrə qoyulur və yoxlanılır. Skrininqdə təkcə qalxanvari vəz çatışmazlığı yox, başqa genetik xəstəliklər də yoxlanılır. Belə yoxlamalar bizdə olmur, lakin keçən dəfə oxudum ki, deyəsən, bu prosesə başlamaq istəyirlər, müəyyən avadanlıq gətirirlər. Bu olduqca vacib testdir.
Həmin testlər qalxanvari vəzin normal fəaliyyətinin göstəricilərindən biridir.
Bizim hamilə xanımlar mütləq vaxtlı-vaxtında həkim müayinəsinə getməlidirlər. Əgər hormonlarda çatışmazlıq varsa, vaxtında müalicə alınsa, uşaqlarda heç bir problem olmayacaq. Yox əgər qadın heç vaxt həkimə getməsə və 9 ay ərzində yazılan müalicəni qəbul etməsə, uşaqların əqli və intellektual inkişafındakı problem qaçılmazdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm