Həkim də təsdiqləyir: “Azərbaycan bu 170 ölkənin sırasına qoşulmalıdır ” – Plastiklərdən imtina

Birləşmiş Millətlər Təşkilatının üzvü olan 170 ölkə plastiklərdən- torba, qab, bıçaq, çəngəl dəsti)istifadənin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər.
"Sherg.az” "sciencesetavenir.fr”ə (elm və gələcək) istinadən xəbər verir ki, bu məhdudlaşdırma prosesi 2030-cu ilə qədər davam edəcək.
Artıq beynəlxalq ictimaiyyət də 2019-cu ilin 15 mart tarixinbdən plastiklərdən
istifadənin əhəmiyyətli dərəcədə məhdudlaşdırlması ilə bağlı vəd verib.
Dünyada ətraf mühitin qorunması ilə bağlı fəaliyyət göstərən təşkilatlar bəyan ediblər ki, bu yolla onlar dünyəvi çirklənmənin qarşısını ala biləcəklər.
Həmintəşkilatların hesablamasına hər il okeanlara 8 milyon ton plastik tullantılar atılır ki, bu da təbiət, dəniz və dəniz məhsulları üçün çox təhlükəlidir. Çünki indiki vəziyyət 2050- ci ilə qədər davam edərsə, artıq okeanlardakı plastik tullantıların sayı balıqları sayına bərabər olacaq”.
Qeyd edək ki, plastiklərdən- torba, qab, bıçaq, çəngəl dəsti)istifadənin məhdudlaşdırılması Azərbaycanda da zaman-zaman gündəmə gəlir. Amma məsələnin həlli üçün real və əməli addımlar müşahidə olunmur.
Maraqlıdır, görəsən plastiklərin insanlara və təbiətə ziyanı nədən ibarətdir və ölkəmizdə bu prosesi sürətləndirmək üçün nə kimi addımlar atılmalıdır ?
Sualımızı cavablandıran tibb elmləri doktoru, həkim Adil Qeybulla "Sherg.az”a açıqlamasında bildirdi, bu addım Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsi olduğu üçün təbii ki, Azərbaycan da lazımlı tədbirlər görməlidir:
"Uzun müddətdir, plastik qablar və onların neqativ təsiri ilə bağlı söz- söhbətlər gəzir və bu haqda xeyli materiallar var. Bu materiallar ÜST-ə təqdim olunduqda məsələ ilə bağlı rəy hazırlanır və tövsiyyə şəklində onlardan istifadədən çəkinmək nəzərdə tutulur. Çünki söhbət genofondun təhlükəsizliyindən gedir. Burada məsələ təkcə plastik qablardan yox, sellofon torbalardan da gedir. Artıq onlardan imtina etməyin zamanı gəlib çatıb. 
Mümkün qədər zərərsiz, təsirsiz vasitələrdən istifadə olunmalıdır. Hesab edirəm ki, Azərbaycan da bu 170 ölkənin sırasına qoşulmalıdır. Çünki burada əhali də azdır. Digər alternativ vasitələrdən istifadə etmək üçün imkanlar çoxdur. Çin deyil ki, deyək əhalinin sayı çoxdur, çatdırmaq olmur”.
Sevda Ulutau