Həkim-deputat: “Sulu qəlyan yolxucu xəstəliklər yaradır”




Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi keçirilir. 

Sherg.az bildirir ki, Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib ki, qanunun qəbul edilməsi çox vacib məsələdir. Onun sözlərinə görə, qanunun icrasına nəzarət olmalıdır: 

"Nəzarət olacaqsa, uğur əldə edəcəyik. Xarici təcrübədə də bu cürdü”. Sulu qəlyanın da istifadə olunmasına qadağa düzgün addımdır. Çünki bu, bir sıra yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Qanun layihəsi bütövlükdə mükəmməldir”.

Anar