Helikopter qəza enişi etdi, atəşə tutuldu – 5 ölü



Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində pilot və 4 hərbçi həlak olub.

Fərəh əyalətində texniki nasazlıq səbəbi ilə təcili eniş edən helikopterin Taliban silahlıları tərəfindən atəşə tutulduğu bildirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.