"Həyat ağacı"





ABŞ-ın Kalaloch çimərliyində bu sıra ağaclara bölgə insanları "həyat ağacı" deyirlər. Torpağa yalnız bir neçə kökü ilə  bağlı olan ağacın neçə ildir bu şəkildə qaldığı bildirilir. Vaşinqtondakı Olimpik Milli Parkındakı Kalaloch çimərliyində olan bu ağac illərdir havadan asılı qalmış vəziyyətdə görünür. Kalaloch çimərliyinin şimalında, erozyaya uğrayan və qismən oyulmuş qayalığın üzərində olan ağac torpağa yalnız bir neçə kökü ilə  bağlıdır. Qalan köklərin çoxu havada boşluqda durur. Ancaq ağac hər yazda yaşıllaşır. Altındakı oyuq okeandan gələn böyük bir axıntıyla dolan bu ağacın yaşı bilinmir.