Heyvan kəsimi məntəqələrinin diaqnostikası aparılacaq




Azərbaycanda heyvan kəsimi məntəqələri modernləşdiriləcək.

ONA-nın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda bildirilib.

Sənəddə heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi qeyd edilib.