Hollandiya baş naziri: "Dəli olmusuz, nə üzr istəmək"?




Hollandiya hökuməti Türkiyənin "üzr istəmək" tələbini rədd edib. 

Lent.az "BBC Türk”ə istinadən xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın "persona non qrata” elan edilərək ölkədən çıxarılması ilə bağlı üzr istəmək tələbinə cavab verib. O, telekanallardan birində çıxışı zamanı Türkiyə ilə siyasi gərginliyin azaldılmasını istədiklərini dilə gətirib, lakin...: "Bəli, münasibətlərin yumşaldılmasının tərəfdarıyıq. Amma üzr istəyərək deyil. Dəli olmusunuz, nə üzr istəmək?”.

Hollandiyanın hökumət başçısı Türkiyənin mümkün təhdidlərinə qarşı sərt tədbirlər görməyə hazır olduqlarını deyib.