"İçerde"nin "Mələy"i sevgilisi ilə görüntülənib





"İçerde" serialında "Mələk" obrazını canlandıran aktrisa Bensu Soral sevgilisi Hakan Baş ilə görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun Etilər səmtində yemək yeyən cütlük çıxışda jurnalistlərin suallarını cavablandırıb. B.Soral evlilik sualına belə cavab verib.

"İstəməyə gəlsələr, mən Hakana duzlu qəhvə içirtmərəm"

Qeyd edək ki, daha öncə Hakan Başın adı müğənni Hadisə, aparıcı Özge Ulusoy və Selin İmerlə birgə çəkilmişdi.