İcra Hakimiyyətində “Cahandar ağa”nı aldatdılar
10:11 06.06.2014
Arxiv
720
Azərbaycanın əfsanəvi aktyorlarından olan xalq artisti Ələddin Abbasov 90 illik yubileyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən ona verilən evi 2 ildir ala bilmir.
Bu barədə AzNews.az-a özəl açıqlama verən 92 yaşlı sənətkar deyir ki, 2012-ci ildə 90 illik yubiley tədbirinin sonunda Elmar Vəliyev onda "sənə nə şərait yaradım?” deyə soruşub. Xalq artisti isə deyib ki, qızının evində yaşadığından mənzilə ehtiyacı var. İcra Hakimiyyətinin başçısı isə bildirib ki, 2 gün ərzində Gəncənin Gülüstan qəsəbəsində ikiotaqlı mənzillə təmin olunacaq. Mənzilin verilməsiylə bağlı sərəncam Ə.Abbasova təqdim ediləndən sonra məlum olub ki, Gülüstan qəsəbəsindəki köhnə binalardan birinin beşinci mərtəbəsindəki ikiotaqlı uçuq-sökük mənzil başqa adama məxsusdur: "Məlum oldu ki, evin sahibi bir şəhid ailəsidir. Halbuki əlimizdə icra başçısının mənzilin verilməsiylə bağlı sərəncamı var. Bir dəfə nəvəm Samir Elmar Vəliyevlə görüşmək istəyəndə humanitar məsələlər üzrə müavin Nizami Hacıyev və mədəniyyət və turizm idarəsinin rəisi Sənan müəllim deyib ki, narahat olma özümüz bir həftəyə məsələni həll edəcəyik. Bu söhbət 10 gün bundan əvvəl olub. İki gün əvvəl nəvəm yenidən Sənan müəllimlə görüşüb. O da nəvəmin yanından hüquq şöbəsinin müdirinə zəng vurub. İki ildir bizi dolayan elə həmin hüquq şöbəsidir. Şöbənin rəis deyib ki, əlimdə yeni ev var, Elmar müəllim desin, iki günə mənzili Ələddin Abbasova verəcəyik”.
Bundan sonra xalq artisti dəfələrlə Elmar Vəliyevin qəbuluna düşmək istəsə də, cəhdləri alınmayıb: "Neçə dəfə görüşmək istədik, bizi qəbul etmədi. Nəyə görə getdiyimizi bildiklərinə görə qəbula yazmırlar. Bəlkə də heç Elmar Vəliyevin bu məsələlərdən xəbəri yoxdur”.
Əfsanəvi sənətkar AzNews.az vasitəsilə icra başçısı Elmar Vəliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edib: "Çox istərdim ki, sizin vasitənizlə Elmar Vəliyev bu məsələdən xəbərdar olsun. Bilirsiniz mənə nə maraqlıdır? Bunu vermək istəmirdinsə, camaatın içində mənə niyə deyirdin? Mən özüm səndən heç nə istəmədim axı. Soruşdun ki, ürəyin nə istəyir? Mən də dedim ki, qızımın evində yaşayıram. Hazırda icra başçısının sərəncamıyla verilən evə qeydiyyatdayam. Şəxsiyyət vəsiqəmdə həmin ev göstərilib. İstədiyim odur ki, başçı və aidiyyatı qurumların rəhbərləri bu məsələdən xəbərdar olsunlar. Ola bilsin Elmar Vəliyevin ətrafına çaqqal-çuqqal yığılıb, onu aldadırlar”.
Qeyd edək ki, "Dəli Kür” filmindəki Cahandar Ağa obrazıyla və onlarla digər rollarıyla kino və teatr sənətinin tarixinə həkk olunan Ələddin Abbasov 1922-c ilin may ayının 5-də Gəncədə anadan olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm