"İçsəydim, dünyanın ən betəri olardım" - Tramp





Mən alkoqollu içki aludəçisi deyiləm. Dürüst olsam, deməliyəm ki, ömrümdə heç vaxt pivə belə içməmişəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı deyib.

"Bu, az sayda olan müsbət xüsusiyyətlərimdən biridir. Hansı səbəb olursa-olsun, alkoqollu içki qəbul etməmişəm. Əgər içsəydim, baş verənləri təsəvvür edə bilərsiniz? Necə biri olardım? Dünyada ən betəri olardım. Əsla içmirəm, oldu?” - deyə Ağ Ev rəhbəri bildirib.