İlham Əliyevin hərbi gücün artırılması ilə bağlı mesajının bir hədəfi də var
22:00 06.06.2014
Arxiv
345
“Heç şübhəsiz ki, bu, Ermənistan dövlətidir”
"Bu məsələnin qabardılmasının özünəməxsus önəmi və siyasi əhəmiyyəti var. Bu, təkcə təhlükəsizlik mənası daşımır. Hərbi amil hər zaman bir dövlətin siyasi, iqtisadi imkanlarını və mövqelərini gücləndirir”.
Bu barədə "Şərq”ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun hərbi gücünün artırılmalı olduğu haqda fikirlərini şərh edərkən deyib. Parlament üzvünün sözlərinə görə, xarici dairələr, ayrı-ayrı beynəlxalq qüvvələr, o cümlədən dövlətlər güclü ölkə ilə daha yaxşı əlaqələr qururlar. İnvestisiyalarına hər hansı bir risk hiss etmirlər: "Hazırda Ukraynaya investisiya qoymaq nə qədər perspektivli olar? Bu mənada ölkə başçısı bütün regional və beynəlxalq proseslərin konfedensial tərəflərini kifayət qədər yaxşı bilir. İ.Əliyev Azərbaycanın zəif olacağı təqdirdə, bizi hansı təhlükələrin gözləyə biləcəyini nəzərə alaraq bu cür bəyanatlar verir. Təbii ki, bu mesajın başqa bir hədəfi də var. Heç şübhəsiz ki, bu, Ermənistan dövlətidir. Ölkəmiz bu dövr ərzində təcavüzə məruz qalmasına baxmayaraq, bir çoxlarının düşüncələrində dövlət kimi məhv olmadı. Əksinə, dövlətimiz öz imkanlarını səfərbər edərək toparlana bildi. Ayağa qalxdı.
Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Azərbaycan təkcə hərbi amillə məhdudlaşmır: "İqtisadi resurslar da müharibə üçün önəm daşıyır. İnsani resurslar, informativ və diplomatik imkanlar da vahid tələbə tabe edilir. Düşünürəm ki, Azərbaycanın son günlər hərbi resurslarının yenidən qurulması, silahlı qüvvələrinin təzədən formalaşması və daha da üst səviyyəyə gətirilməsi üçün çox böyük miqyasda işlər görülür. Bu, əsgərin, zabitin mənəvi-psixoloji şəraiti və başqa komponentlərlə əlaqəlidir. Bütövlükdə bütün məsələlər Azərbaycanın ümumi gücünə təsir edir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region