İndoneziyada zəlzələ :430- nəfər ölü, 350 milyon dollar ziyan- Prezident 8 gündən sonra hadisə yerində






Bu ilin avqustun 5-də İndoneziyada baş verən zəlzələ nəticəsində 430-dan çox insan dünyasını dəyişib, ölkəyə 350 milyon dollar dəyərində maddi ziyan dəyib. 

"Sherg.az" "le figaro.fr"ə istinadən xəbər verir ki, İndoneziyanın dövlət  agentliyi məlumat yayıb. 
 Agentliyin sözçüsü  Sütopo Nüqroho bəyan edib ki, zərər və itkilər çox böyükdür. 

Bundan baqa qeyd edək ki, ölkə prezidenti Joko Vidodo bu gün hadisə yerinə gəlib. O, axtarış əməliyyatları və  yardımların intensivləşdirlməsinə dair göstərişlər verib. 


Tərücmə etdi: Ayyət ƏHMƏD