Burada Azərbaycanla bağlı peşəkarlar tərəfindən hazırlanmış videolar yerləşdirmək daha məqsədəuyğundur
İngilis dilində televiziya yox, “youtube” kanalı yaratmaq lazımdır
08:39 02.12.2017
Arxiv
626
Çünki turistin ağlına ilk gələn fikir internetdə Azərbaycanla bağlı açar sözü axtarmaq olacaq
Burada Azərbaycanla bağlı peşəkarlar tərəfindən hazırlanmış videolar yerləşdirmək daha məqsədəuyğundur
Burada Azərbaycanla bağlı peşəkarlar tərəfindən hazırlanmış videolar yerləşdirmək daha məqsədəuyğundur
Deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılmasını təklif edib. Onun sözlərinə görə, Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində artıq sırf ingilisdilli kanal var.
Q.Həsənquliyev gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına 32, İctimai Televiziyaya isə 12 milyon manat ayrılmasına da etiraz edib: "Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Bunlara ayrılan vəsaitləri sırf ingilis dilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir”.
Bəs media nümayəndələri deputatın təklifini necə dəyərləndirirlər? İngilis dilində telekanalların yaradılmasına həqiqətən də ehtiyac varmı?
Tanınmış jurnalist-teleaparıcı Cəlalə Nəzəroğlu "Şərq”ə açıqlamasında bildirib ki, spesifik yönümlü televiziya kanalı yaradarkən onun auditoriyasına aid rəqəmi ciddi şəkildə hesablamaq lazımdır:
"İngilis dilində kanal yaratmaq yaxşı təşəbbüs ola bilər, amma onun izləyicilərinin sayının ən yaxşı halda 300-500 nəfərdən çox olacağını zənn etmirəm. Əgər məqsəd turistlərin Azərbaycan haqqında bilgiləndirilməsidirsə, bu, əla ideyadır. Amma hansısa televiziya kanalının maddi-texniki bazasını qurmaq üçün ən azı yarım milyon pul xərcləməkdənsə, bir "youtube” kanalı yaratmaq, ingilis dilində Azərbaycanla bağlı peşəkarlar tərəfindən hazırlanmış videolar yerləşdirmək daha məqsədəuyğundur. Xaricdə yaşayan turist Azərbaycanla bağlı məlumatı Azərbaycanda yayımlanan televiziya kanalından almayacaq. Onun ağlına ilk gələn fikir internetdə Azərbaycanla bağlı açar sözü axtarmaq olacaq. Haqqında bəhs etdiyim "youtube” kanalının izləyici sayı, piarı yaxşı olacağı halda axtarışda ilk nəticəni qazana bilər. Düşünürəm ki, bu, daha effektli olar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya