İnsanlarda ruh yüksəkliyi yaradır

İtkin düşən döyüşçünün oğlu kəndin girişinə bayraq sancıb



Qarabağ döyüşlərində itkin düşmüş Qazax rayon Daş Salahlı kənd sakini Göycə Eyvazovun oğlu Tural Eyvazov kəndin girişindəki Şiştəpə yüksəkliyinə şanlı bayrağımızı asıb.

Bu barədə "Şərq”ə kənd sakinləri bildirib. Məlumata görə, T.Eyvazov bunu apreldə baş tutan 4 günlük (1-5 aprel) müharibə zamanı Lələtəpə, Seysulan və digər yüksəkliklərimizin düşməndən azad olunmasına həsr edib: "Bu, Turalın öz təşəbbüsü oldu. Kənd bələdiyyəsi və icrasının hadisədən xəbəri yox idi. Bir də gördük ki, Tural evdən çıxıb üçrəngli bayrağımıza bürünərək Şiştəpə yüksəkliyinə tərəf gedir. Ora çatanda yüksəklikdəki bayraq dirəyinə dırmaşdı və bayrağımızı asdı. İndi bayrağımız kəndin girişində dalğalanır. Bu həm də vəziyyətin gərgin olduğu dövrdə insanlarda ruh yüksəkliyi yaradırdı. Qəhrəman oğlu qəhrəman olar”.

Ayyət