İntihar edənə rəhmət düşmür?
10:54 14.02.2017
Arxiv
791
“Tovuzlu “molla”nın islamın gətirdiyi qaydalardan xəbəri yoxdur”
"Tanımadan, bilmədən, günahdan qorxmadan övladımın arxasınca danışanlar az deyil. Bir qız intihar edən kimi o dəqiqə başlayırlar onun haqqında mənfi düşünməyə”. Bu sözləri bir müddət əvvəl intihar edən Tovuzun Düz Qırıqlı kənd sakini, 16 yaşlı Aliyə Qəmbərovanın anası millət vəkili Qənirə Paşayeva ilə görüşündə deyib.
Övladlarını uşaq yaşlarından tək böyüdən qadın bildirib ki, ölümündən sonra qızı haqda yayılan şayiələr onları çox kədərləndirib:
"Bircə onu istəyirəm ki, qızımın təmiz olmasını hamı bilsin. Övladım rahat yatsın. Uşağın cəsədini yumağa düşürdüm, "Allah rəhmət etsin”- deyirdilər. Birdən qonşu kəndlərin birindən gəlmiş molla da qayıdıb dedi ki, ona rəhmət düşmür. Molla belə danışarmı? Onun o sözləri acımı daha da artırdı”.
Xatırladaq ki, Qəmbərova Aliyə Habil qızı fevralın 5-də yaşadığı evdə özünü asıb.
İntiharın günah olduğu hər birimizə bəllidir. Görəsən, mollanın da dediyi kimi, doğrudan intihar edən şəxsə rəhmət düşmür, yoxsa bu onların uydurmasıdır?
"Şərq”in suallarını cavablandıran şərqşünas-alim Seyid Camal Əzimbəyli ilk olaraq dünyasını dəyişən 16 yaşlı qıza uca Allahdan rəhmət dilədiyini qeyd edib:
"Qurani-Kərim”in hökmlərinə dayanaraq deyim ki, intihar Allah dərgahında ən böyük günahlardan biri kimi qeyd olunub. "Qurani-Kərim”də özünüzü öldürməyin, deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, islam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Bir insanın öz canına qəsd etməsinin bağışlanmaz günahlardan biri olduğunu peyğəmbərimiz də hədislərində buyurur. Bu səbəbdən də intihar edən şəxs yaradanın uca hökmünə qarşı gələn bir əməl sahibinə çevrilir. İnsanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi deyil.
Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri "nəfsi (canı) qorumaqdır”. Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir. Amma bizim dini kimliyimizlə yanaşı, milli kimliyimiz də var. Yasa gedən hər kəs mərhuma rəhmət diləyib, Allah qarşısındakı günahlarının bağışlanmasını arzulayır. Elə rəhmət də Allahdan əfv diləməkdir. Əgər kimsə intihar edərək Allah qarşısında günah sahibi olubsa belə, ona Allahdan rəhmət diləmək bizim insanlıq borcumuzdur”.
S.C.Əzimbəylinin sözlərinə görə, həmin "molla”nın islamın gətirdiyi qaydalardan xəbəri yoxdur. Onun kimi insanlar yerlərdə islamı olduğu kimi təbliğ etmədikləri üçün biz zaman-zaman xoşagəlməz hallarla rastlaşırıq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat