İntihar etdiyi deyilən 20 yaşlı gəlin ÖLDÜRÜLÜB? – SİRLƏR AÇILIR
11:30 23.08.2021
Arxiv
515
Sabirabad rayonunda intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalovanın özünə qəsd etmədiyi deyilir. İstintaq araşdırmasının nəticəsinə görə, mərhumə Səmayə Xalid qızı Zeynalovanın intihar etməsi faktı iş üzrə təyin edilmiş “Məhkəmə-Psixiatrik Ekspertizası”nın 1138№-li rəyi ilə təkzib olunduğu bildirilir.
Ölkə.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Səmayə Zeynalovanın ailəsinin hüquqi nümayəndəsi Samir Zeynalov bildirib.
Onun sözlərinə görə təqdim edilmiş cinayət işi materiallarında Səmayə Zeynalovanın intihar etməsinə dair lazımi ekspertizaların rəyi öz əksini tapmayıb:
“Sözügedən rəydə ekspert - psixoloq tərəfindən Səmayə Zeynalovanın fərdi-psixi xüsusiyyətlərinə görə hər kəslə yola gedən, ünsiyyətcil, emosianal şəxs olduğu qeyd olunub. Həmçinin şahid ifadələrində hadisədən əvvəlki dövrdə onun intihar etmək fikirində olduğunu göstərəcək hərəkət və davranış, emosianal vəziyyət təsvir edilməyib. Hadisə günü yaxınları tərəfindən normal əhval-ruhiyyədə olması, olayın anidən baş verməsi göstərilib. Qeyd edilənləri nəzərə alaraq Səmayə Zeynalovanın ölümündən bilavasitə əvvəlki dövrdə hərəkət və davranışını suisidlə (intihar) əlaqələndirmək, həmin vaxt keçirdiyi psixi-emosianal və ekstremal vəziyyətini müəyyən etmək mümkün olmayıb”.
Vəkilin dediyinə görə ölümündən əvvəl mənəvi-psixoloji vəziyyəti qənaətbəxş olan və ölümündən yarım saat öncə bacısı ilə xoş əhval-ruhiyyədə danışan Səmayə Zeynalovanın intihar etməsi ağlabatan deyil:
“Ekspert-psixoloqun qənaəti ölümün intiharla əlaqələndirilməsini inkar edirsə, o zaman 20 yaşlı Səmayənin ölümündə kimin müqəssir olması ilə bağlı suallara istintaq orqanı cavab tapmalıdır.
Zərəkçəkmişin hüquqi varisi, anası Dilarə Soltan qızı Əkbərovanın verdiyi məlumata görə iş üzrə həqiqətin bu günə qədər ortaya çıxmamasında əsas baiskar Tural adlı vəkildir. Bu şəxs onun və ailə üzvlərinin savadsızlığından sui-istifadə edərək bu günə qədər məsuliyyətdən kənarda qalmağı bacararaq şəxs və şəxlərin maraqlarına xidmət edib. Qeyd edim ki, mərhumənin ailəsi 20 yaşlı Səmayənin ölümündə onun qayınatası Əlişirin Zeynalovdan şübhələnirlər”.
Ailənin hüquqi nümayəndəsi onu da əlavə edib ki, bir neçə gün öncə mərhumənin övladının 2 yaşının tamam olması münasibətilə atası tərəfindən təmtaraqlı ad günü mərasimi təşkil olunub:
“Bu hadisə zərərçəkmişin ailə üzvlərinin şübhələrini daha da artırıb və kəskin narazılığa, gərginliyə səbəb olub. Hələ 4 ay əvvəl arzuolunmaz şəkildə həyata vida etmiş Səmayə Zeynalovanın aqibəti nə onun həyat yoldaşı Eldar Zeynalovu, nə qayınatası Əlişirin Zeynalovu, nə də qayınanası Əntiqə Zeynalovanı zərrə qədər təsirləndirməyib. Bu isə şübhələrin əsaslı olması qənaətini yaradır”.
Xatırladaq ki, hadisə aprelin 24-də Sabirabad rayonunun Cavad kəndində, qadının ər evində yaşanıb.
2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilir.
Gənc gəlinin özünü asdığı nar ağacının budağı həddindən artıq kövrək və elastikdir. Ailəsi 1 metr 72 sm boyu olan qızın ağacın əlavə qovşağından özünü asmasına inanmır. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb.
Hadisədən sonra Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə təxirəsalınmaz zəruri istintaq hərəkətləri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm