İntihar etmək istəyən narkomanı digər narkomanlar qurtardı

“Yetər artıq, yüzlərlə əsgərimiz, minlərlə polisimiz, minlərlə xalqımız şəhid olur”
Adanada dəmir körpüyə çıxaraq intihar etmək istəyən narkotoik maddə asılısını, körpüdə olan digər narkomanlar ölümdən qurtardı.
Əldə edilən məlumata görə, Məsud Y. adlı narkotik maddə asılısı dəmir körpüyə çıxaraq buradan özünü atmaq istədi. Məsud Y.ı görən vətəndaşlar polisə xəbər verdi. Hadisə yerinə gələn polis qrupları xilasediciləri çağırdı, onlar da dərhal adamın düşə biləcəyi yerə hava yastığı açdı. Bir müddət sonra isə körpüdə olan iki narkotik maddə asılısı Məsud Y.ın yanına gələrək onu razı salmağa çalışdı. Ancaq onu razı sala bilmədilər. Körpüdən sallanan adamı sonda digər narkotik maddə asılıları qolundan və qıçından tutub qurtardılar. Polis də Məsud Y.ı körpüdən aşağı endirdi. Məsud Y. təcili yardıma aparılarkən, "Yetər artıq, yüzlərlə əsgərimiz, minlərlə polisimiz, minlərlə xalqımız şəhid olur. Ən sonunda da küçə uşaqları özlərini aşağıya atacaq. Əsgərimiz üçün. Polisimiz üçün. Yetər artıq bu döyüş yetər artıq...” dedi. Məsud Y. təcili yardımla xəstəxanaya aparılıb.