İntihardan imtina etdi VƏ həyat yoldaşının qarşısında diz çökərək üzr istədi - FOTOLAR

Qaziantepdə intihar etmək üçün avtoparkın 4-çü mərtəbəsinə çıxan şəxs psixoloq tərəfindən razı salındı. İntihardan imtina edən şəxs, həyat yoldaşının qarşısında diz çökərək üzr istədi.
Hadisə, bu gün günorta saatlarında Eyüpoğlu Məhəlləsi Dəyirman küçəsində olan bir avtoparkda yaşandı. Əldə edilən məlumata görə, avtoparkın 4-çü mərtəbəsindən aşağıya sallanan vətəndaşı görən ətraf sakinləri vəziyyəti xilasetmə və sağlamlıq qruplarına bildirdi. Hadisə yerinə gələn xilasetmə qrupları şəxsin olduğu yerə hava yastığı açdı, sağlamlıq qrupları isə hazır vəziyyətdə gözlədi.
Hadisə yerinə çağırılan psixoloq və polis qrupların tərəfindən təxminən 1 saat davam edən razısalma səyləri sonrası intihar etməkdən imtina edən 34 yaşlı 3 uşaq atası Yunus G., onu  gözyaşları içərisində izləyən həyat yoldaşı N.G.ın qarşısında diz çökərək üzr istədi. "Üzr istəyərəm, məni bağışla!''.