İqdırda partlayış: 2 Azərbaycan vətəndaşı yaralandı
10:30 20.06.2017
Arxiv
189
Türkiyə-İran sərhədində ərazilərin partlamamış hərbi sursatdan təmizlənməsi zamanı partlayış baş verib.
APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində iki azərbaycanlı yaralanıb.
Hadisə İqdır vilayətinin Aralıq rayonunda, Ağrı dağının ətəyində qeydə alınıb. Mina təmizliyi ilə məşğul olan Azərbaycan vətəndaşları - 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minanı zərərsizləşdirmək üçün poliqona apararkən partlayış olub. Razi Aslanov əllərindən və gözündən, Ruslan Abışov isə ayaqlarından xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların həyatına təhlükə olmadığı bildirilir.
Bildirilib ki, ərazidə Azərbaycan, Türkiyə və Mozambik vətəndaşları təmizlik tədbirləri görürlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həmin ərazidə mina və partlamamış hərbi sursatdan təmizləmə əməliyyatı aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın partiyası bu seçkidə də qələbəni bayram edəcək - ŞƏRH
22:29 16.04.2026
Siyasət
Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub
21:26 16.04.2026
Gündəm
Messi “Kornelya” klubunu satın alıb
21:11 16.04.2026
Futbol
Netanyahu TŞ-nin təcili iclasını çağırdı
20:56 16.04.2026
Dünya
Bakıda beş yol təmirə bağlanır
20:21 16.04.2026
İnfrastruktur
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
20:10 16.04.2026
Dünya
Rusiyada deportasiya dalğası gözlənilir - EKSPERTDƏN ŞƏRH
19:53 16.04.2026
Aktual
Papa: Bir neçə tiran dünyanı məhv edir
19:49 16.04.2026
Dünya
Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək
19:32 16.04.2026
Cənubi Qafqaz
Yeni tribunalın Rusiyaya təsiri olmayacaq - ŞƏRH
19:24 16.04.2026
Gündəm
İranın Baş Qərargah rəisi pakistanlı həmkarı ilə danışıqlar aparıb
19:15 16.04.2026
Gündəm
Rəsmi Moskva Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq edib
18:58 16.04.2026
Dünya
Köçəryanın hakimiyyətə gəlmə ehtimalı məhduddur - Tuna Tanman
18:49 16.04.2026
Gündəm
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
18:46 16.04.2026
Rəsmi