"İqtisadi qüdrətimiz olmasaydı, "Star" layihəsində yer ala bilməzdik" - Deputat
17:26 19.10.2018
Arxiv
576
Bu gün Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar. Daha sonra dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar. Ardınca Prezidentlərə "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
"Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış ediblər. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Sonda isə dövlət başçıları zavodun açılışını ediblər və birgə xatirə şəkli çəkdirilib.
Azərbaycanla-Türkiyənin bir arada olub çoxsaylı uğurlu, rentabelli layihələrə imza atdığını söyləyən millət vəkili Araz Əlizadə "Sherg.az"a bildirib ki, belə birgə adddımlar rəsmi Ankara ilə rəsmi Bakı arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Parlamentarinin sözlərinə görə, Türkiyə və Azərbaycan dost, qardaş və qonşu ölkələrdir:
"Biz bütün qonşu və dost dövlətlərlə iqtisadi, siyasi, mədəni və hərbi əlaqələr qurmalıyıq, qururuq da. Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlər var. Bu əlaqələr günbəgün inkişaf edir. Biz Ankaraya necə münasibət bəsləyiriksə, onlar da bizə oxşar münasibəti göstərirlər. Bunun bəhrəsini də görürük, görəcəyik də".
Millət vəkili qeyd edib ki, bu cür layihələrdə iştirakımız Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir:
"Ölkəmizin dayanıqlı və proqressiv iqtisadiyyatı var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Əgər iqtisadiyyat və sənayemiz inkişaf etməsə idi, iqtisadi qüdrətimiz olmasaydı, belə layihələrdə yer ala bilməzdik. İqtisadiyyatı zəif olan, iqtisadi və siyasi cəhətdən stabil olmayan ölkəni heç bir layihəyə cəlb etmirlər. Çünki heç bir ölkə öz yatırdığı investisiyanı riskə atmır. Bu mənada sabitlik adası kimi tanınan Azərbaycanda stabil iqtisadi və siyasi mühit var.
Xalqımız sülh və əmin- amanlıq şəraitində yaşayır. Azərbaycan çoxlarının gözləmədiyi böyük layihəri həyata keçirib və bununla da sübut edib ki, ölkəmiz güclü iqtisadiyyata malik bir dövlətdir. Və Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə doğru ciddi cəhdlə addımlayır və o məqsədlərə çatır. Bir sözlə, Respublikamızı çox xoşbəxt gələcək gözləyir. İqtisadi qüdrətimiz hər ötən il daha da yüksəlir və bu tendensiya inkişaf edən xətt üzrə davam edib, edir və edəcək də".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz