İran Türkiyə ilə əlaqələrə yenidən baxacaq




İran lideri Əyətullah Əli Xameneyin yüksək hərbi məsləhətçisi  general Yahya Rahim  Safevi, Ankaranın ərəb ölkələrində İsrail ilə birgə bir siyasət yürütdüyünü iddia edərək Türkiyə ilə əlaqələrin yenidən nəzərdən keçirilməsini istəyib.
Türkiyə mediasının xəbərinə görə, Tehranda təşkil edilən Qərbi Asiyadakı geopolitik prosseslər mövzusundakı toplantıda danışan Safevi, Ankarayla olan təhlükəsizlik, iqtisadi və siyasi əlaqələrin yenidən gözdən keçirilməsinin lazım olduğunu ifadə edib.

"Türkiyənin bəzi ərəb ölkələrində ABŞ və İsraillə əməkdaşlıq etdiyini, onlarla koordinasiyalı bir siyasət yürüdüldüyünü" vurğulayan Safevi, "Ankarayla əlaqələrə yenidən baxılmalıdı" deyə  bildirib.