İranda itkin düşən amerikalının ailəsi etiraz etdi
10:51 06.03.2016
Arxiv
630
Robert Levinsondan 9 ildir ki xəbər yoxdur
9 il əvvəl İranda missiya zamanı itkin düşən Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Levinsonun ailəsi etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, Levinson ailəsi onun bu ilin yanvarında Tehranla məhbus mübadiləsinin tərkib hissəsi olmamasından hiddətləndiyini bildirib. Koral Sprinqz şəhərində keçirilən Levinsona dəstək aksiyasına yüzlərlə adam qoşulub.
7 uşaq atası, 67 yaşlı Robert Levinson 2007-ci ilin martında İranın Kiş adasında yoxa çıxıb. «Associated Press» agentliyinin 2013-cü ildə apardığı araşdırma nəticəsində məlum olub ki, Robert Levinson İranın nüvə proqramı barədə məxfi məlumatlar əldə etmək məqsədilə kəşfiyyat materialları toplama missiyası üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışırmış.
Əgər Robert Levinson sağdırsa, o, indiyədək xarici ölkədə ən uzun müddətə girov saxlanılan ABŞ vətəndaşıdır. Bundan əvvəl ABŞ vətəndaşı Terri Anderson 1980-ci illərdə Beyrutda 6 il girovluqda saxlanılmışdı. Andersondan fərqli olaraq, Robert Levinsonun saxlandığı yer və onun saxlayanlar sirr olaraq qalır. Onun video və fotoları sonuncu dəfə ailəsinə 5 il əvvəl göndərilib.
ABŞ İran hökumətini Robert Levinsonun yoxa çıxmasının arxasında olmaqda ittiham etsə də, Tehran bu ittihamları rədd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou