İranda Trampın fotolarını ayaqlar altına atdılar
16:47 11.02.2017
Arxiv
566
Küçələrə axışan əhali ABŞ, İsrail və İngiltərə əleyhinə şüarlar səsləndirib
İranda "İslam inqilabı”nın 38-ci ildönümü ölkə miqyasında təntənəli şəkildə qeyd olunub. Mərasimlərə qatılan milyonlarla iranlı Amerika rəsmilərinin İrana qarşı mövqe sərgiləməsinə sərt etiraz ediblər.
Küçələrə axışan əhali ABŞ, İsrail və İngiltərə əleyhinə şüarlar səsləndirib, Trampın fotolarını ayaqlar altına atıblar. Tehrandakı mərasimdə çıxış edən Prezident Həsən Ruhani də ABŞ rəhbəri Donald Trampı tənqid edib. Ruhani ABŞ-da və digər ölkələrdə "xam adamların” iqtidara gəldiyini söyləyib. Prezident bəyan edib ki, hər kəs İran xalqına hörmətlə yanaşmalıdır. İranın bölgədə və dünyada gərginlik tərəfdarı olmadığını vurğulayan Ruhani ölkəsinə göz dikənlərin qarşısında dik duracaqlarını deyib: "Xalqımızın təhdidlərə qarşı cavabı çox sərt olacaq. Dövlətimizi və silahlı qüvvələrimizi təhdid edənlər İran xalqının həmrəylik içində olduğunu və düşmənlərə qarşı sona qədər mübarizə aparacaqlarını bilməlidirlər”.
Xatırladaq ki, İranda 1979-cu ildə ayətullah Xomeyni rəhbərliyində çevriliş edilərək Məhəmməd Rza Pəhləvi idarəçiliyinə son verilib. Qurulan rejim isə İran İslam Respublikası adlandırılıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi