İranın ən zəngin adamı sanksiyalara necə məhəl qoymadı?

Babək Zəncaninin bank hesabındakı pulu Tacikistanın ÜDM-dən çoxdur




İranlı milyarder Babək Zəncani Forbes dərgisinin ən varlı adamlar siyahısına daxil ola biləcək qədər sərvət yığıb.
Eyni zamanda o, İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanaraq Avropa İttifaqının sanksiyalar siyahısındadır.
İranın biznes elitası adətən BBC-yə açıqlama vermir, xüsusən də sanskiyaları pozmaqda suçlananda. Lakin Orta Asiyada səyahətdə ikən BBC Farscanın müxbiri Fərdad Fahrazadə Babək Zəncanidən müsahibə ala bilib.
Tacikistanda avtobus dayanacağı dünyanın super-varlılarından biri ilə görüşmək üçün qəribə bir yer sayıla bilər.
Babək Zəncaninin bank hesabındakı pul bu kiçik, keçmiş Sovet respublikasının ÜDM-dən çoxdur, amma son bir neçə il ərzində o, buradakı bizneslərə investisiya qoyur, və bu gün son riskli işi olan yeni nəqliyyat mərkəzinin açılışı üçün paytaxt Düşənbəyə gəlib.
Pamir dağları fonundakı parıltılı mikroavtobuslar cərgəsi önündə duran cənab Zəncani həm İran, həm də beynəlxalq xəbərlərdə adının hallandırılması barədə danışır.
Ötən ilin dekabr ayında, Aİ onu "İran neft sazişlərində və neftlə bağlı pulların köçürülməsində mühüm köməkçi" adlandırıb.
Avropa İttifaqı bildirib ki, İrana xaricdə neft satmaq və gəlirləri ona məxsus Malayziyadakı First Islamic Bank vasitəsilə geri ötürməklə Zəncani beynəlxalq sanskiyaların yan keçməyə kömək edib.
Cənab Zəncani səhvən ittiham oldunduğunda israrlıdır.
"İran xam nefti almamışam, - deyib iş adamı. - Aşağı səviyyəli yanacaq alırdım, Malayziyada satmaq üçün. ABŞ və Aİ İrana qarşı sanskiyalardan bir neçə ölkəni azad ediblər, onlardan biri də Malayziyadır."
Öncə geniş ictimiyyətə tanış olmayan 42 yaşlı Zəncaninin Aİ bəyanatından sonra İranın aparıcı sahibkarlarından olduğu aşkar olunub.
Onun Dubaydan idarə etdiyi 60-dan artıq biznesi kosmetika istehsalı, neft və banklardan ibarətdir. İşadamı həmçinin "Rah Ahan” Tehran futbol klubunun sahibidir.
Cənab Zjani şikayət edir ki, Aİ sanksiyaları onun biznesinə mənfi təsir edib və o bəzi aktivlərini Malayziyadan İrana köçürməyə məcbur olub.
"Üzləşdiyim problemlərə görə xaricdəki ehtiyatlardan təxminən 4 milyard avronu İrana köçürməli olmuşam."
Sanksiya ilə bağlı çətinliklər - cənab Zəncani çəkisində olan adamın Düşənbə avtobus stansiyası kimi nisbətən xırda layihələrdə iştirak etdiyini izah edə bilər.
Aydındır ki, Tacikistanda onun tanışları az deyil - ölkə prezidenti və bir çox digər dövlət rəsmisi açılış mərasimində iştirak edib. Cənab Zəncani nəqliyyat biznesindən başqa hava yollarına və ola bilsin daha əhəmiyyətli bank biznesinə də sahibdir.
Tehranda doğulması və türk universitetinin böhran idarəetmə fakültəsində təhsil almasından başqa, cənab Zəncani kökləri haqqında cuzi məlumat mövcuddur. Kosmetika satmaqla başlayan iş adamının nəhəng sərvətə bu qədər tez sahib olması sualı cavabını tapmasa da onun çox sayda nüfuzlu tanışlarının olması məlumdur.
Əmək naziri istefaya göndərməyə çalışan millət vəkillərini tənqid edən prezident İran parlament spikerinin qardaşını qanunverici orqanın başçısı və ədliyyə idarəsinin rəhbəri vəzifəsində işləyən öz qardaşları ilə görüşün təşkili müqabilində müəmmalı "Cənab Z”-dən rüşvət istədiyini deyib.
Həmin çıxışdan az sonra, cənab Zəncaninin gizli çəkilən videogörüntüləri ilə və qalmaqallı şəkilləri internetdə peyda oldu.
Görüntülərin birində o, 2009-cu ilin mübahisəli prezidentlik seçkilərindən sonra etirazçılara qarşı zorakılıq tətbiq etməkdə bədnam olan İran təhlükəsizlik işçisi ilə xüsusi təyyarədə oturub.
Digər şəkildə onun üzərində silah var. Zəncani şəkilin İraqda işlədiyi zaman çəkildiyini deyərək orada hamının silah daşıdığını bildirib.
Eyni zamanda o, İrandakı əlaqələrinin əhəmiyyətini azaltmaq istəyib.
"İran İslam Respublikası üçün biznesmen kimi çalışmağımdan qürur duyuram”, o deyir. Mən siyasətlə məşğul olmuram, yalnız bizneslə məşğulam.”
Amma İranda bizneslə siyasət arasında sıx bağlılıq var.
Cənab Zəncani sanksiyalılar siyahısında olsa da, nüfuzlu tanışları, bank imperiyası və beynəlxalq şirkətlər şəbəkəsinə sayəsində sanksiyalarını kapitala çevirməyə qadir yeganə adam ola bilər.