İsgəndər Həmidov Tural Abbaslını vurmaq istədi - QALMAQAL
08:43 02.04.2019
Arxiv
515
Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclası qalmaqallı keçib.
"Sherg.az" "Musavat.com"a istinadən xəbər verir ki, iclasda sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatının İdarə Heyətinin üzvlüyündən çıxarılmasını təklif edib.
AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən çıxarılıb.
Daha sonra iclasda T. Abbaslı ilə İ. Həmidov arasında gərginlik yaşanıb. T. Abbaslı İ. Həmidova çox qeyri-səmimi insan olduğunu söyləyib. Sabiq müdafiə naziri R. Qazyev də iclasın gedişində davranışı ilə bağlı İ. Həmidova iradını bildirib. R. Qazıyevin çıxışına Milliyətçi Hərəkat Partiyasının sədri Valeh Qaramanlı müdaxilə edib. Buna əsəbiləşən R. Qazıyev onu "gədə” adlandırıb və tərəflər bir-birinin ünvanına ağır sözlər deyiblər.
Daha sonra T. Abbaslı və İ. Həmidov arasında mübahisə yenidən başlayıb. T. Abbaslı İ. Həmidova pozuculuq işi apardığını, həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" dediyini bildirib. Tərəflər arasında mübahisə zamanı İ. Həmidov T. Abbaslıya əl qaldırmağa cəhd edib.
İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın İdarə Heyətindən uzaqlaşdırılması təklifi ilə çıxış edib. Sabiq nazir arqument kimi T. Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T. Abbaslı təklifin əleyhinə çıxaraq, bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi qəbul edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi