İŞİD - ə qarşı beynəlxalq koalisiyaya amerikalı general başçılıq edəcək




İŞİD terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiyanın rəhbəri dəyişdirilib. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə əsasən, mövcud koalisiyanın başına general Stefen Tobsendin yerinə amerikalı general Pol Funk gəlib.

P.Funk qeyd edib ki, İŞİD sivil dünya və həyat tərzimiz üçün çox böyük təhlükədir:" 

Biz  kollektiv səyimiz nəticəsində onları aşkarlamalıyıq. Düzdür, İŞİD artıq Suriya və İraqda işğal etdiyi ərazilərin 90 faizini itirib. Amma biz onları tamamilə məhv etməliyik !". 

Ayyət ƏHMƏD