İŞİD Raqqada 30-50 min arası mülki vətəndaşı girov saxlayır





Suriyanın Raqqa şəhərində 30, 50 min arası mülki vətəndaş İŞİD tərəfindən girov götürülüb. 

Shergh.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığından bildirilib. 

Məlumatda o da qeyd olunur ki, həmin əraziyə giriş olmadığı üçün onların sayını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. 

Qeyd edək ki, İŞİD silahlı qruplaşmaları 2014-cü ildən Raqqanı nəzərətə götürüb. Vaxtikən 300 min əhalisi olan bu şəhər əhalisinin 80 mini İŞİD təhlükəsi üzündən digər ərazilərə köçüb. Müəyyən bir hissəsi isə İŞİD tərəfindən girov götürülüb. 

Ayyət Əhməd