İstanbulda partlayış: Yaralı var




İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, partlayış şəhərin Maltəpə rayonunda qeydə alınıb.

Partlayışın müəssisədəki sobalardan birinin genişlənməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, yaxınlıqdakı avtomobilləra ziyan dəyib.