İTV-də YENİ TƏYİNATLAR: müavinlər dəyişdi




İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmmil Quliyevin müavini təyin edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı Lent.az-a təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.
Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.