Jurnalist Məmməd Süleymanov "Bandotdel"ə çağırılıb






Jurnalist Məmməd Süleymanov Daxili İşlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BANDOTDEL) çağırılıb.
Lent.az-ın məlumatına görə, jurnalist hazırda idarədə ifadə verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, M.Süleymanovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə niyə çağırıldığı barədə bu gün günortadan sonra məlumat veriləcək.