“Çünki gələcək perspektiv üçün azərbaycanlı istedadlı uşaqların Almaniyada yetişdirilməsi və alman klublarında, eləcə də Avropanın digər klublarında oynaması qarşıya qoyulan əsas vəzifələrdəndir. Biz bunu həyata keçirə bilsək bir müddət sonra güclü Azərbaycan yığmasının formalaşmasında rol oynaya bilərik”.
Jurnalistə futbol klubunda vəzifə verildi
11:33 05.12.2019
Arxiv
488
Tanınmış jurnalist Əli Zülfüqaroğlu “AZE Nakhchivan SK” (Köln) Futbol Klubunun Azərbaycan üzrə koordinatoru seçilib.
Klubdan verilən məlumata görə, İdarə Heyəti bununla bağlı yekdil qərar qəbul edilib.
Ə.Zülfüqaroğlu bildirib ki, Almaniya bundesliqası reytinqinə görə, ilk 3-lükdə yer alır:
“Almaniya futbolunun dünyada xüsusi yeri var. Almaniyada dünyaca məşhur klublar, futbol akademiyaları fəaliyyət göstərir. Bir sözlə alman məktəbi dünya üzrə örnək alınacaq sıralarda dayanır”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, futbol klubunu yaratmaq, inkişaf etdirmək çox ciddi və məsuliyyətli bir işdir:
“Bunu anlayırıq, amma eyni zamanda bu addımın Azərbaycan üçün nə qədər önəm daşıdığının da fərqindəyik. Hesab edirəm ki, klubun Almaniyada fəaliyyəti ilk öncə ölkəmizin təbiğatı baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, düşünürəm ki, ilk mərhələdə klubun akademiya kimi fəaliyyət göstərərək futbolçu yetişdirməsi və hələlik aşağı yaş qruplarında çıxış etməsi daha uyğundur. Eyni zamanda klubun biznes strukturu kimi formlaşması vacib şərtdir”.
Əli Zülfüqaroğlu onu da əlavə edib ki, “AZE Nakhchivan SK” (Köln) Furbol Klubu inkişaf edərsə və Almaniyada öz yerini tutarsa bu Azərbaycan futboluna ciddi töhfələr verə bilər:
“Çünki gələcək perspektiv üçün azərbaycanlı istedadlı uşaqların Almaniyada yetişdirilməsi və alman klublarında, eləcə də Avropanın digər klublarında oynaması qarşıya qoyulan əsas vəzifələrdəndir. Biz bunu həyata keçirə bilsək bir müddət sonra güclü Azərbaycan yığmasının formalaşmasında rol oynaya bilərik”.
Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb. Futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak (Qanalı futbol mütəxxəsisi) klubun rəhbərinin müavini, Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs seçilib. Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.
Qeyd edək ki, "AZE Nakhchivan SK" klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya