Kadırov Suriyaya göndərdiyi batalyonların sayını artırdı





Çeçenistan Suriyaya daha bir hərbi polis batalyonu göndərib. Avropa.info xəbər verir ki, onlar geri qaytarılmış hərbçiləri əvəz edəcəklər. "Rosbalt” bildirir ki, çeçen hərbi polisinin Suriyaya birinci ezamiyyəti heç də uğurlu keçməyib. 14 hərbçi təcili surətdə evlərinə qaytarılıb. İnsident zabitlərə qarşı zorakılığın baş verməsi ilə əlaqəli olub. Çeçenlər Suriyada aerodrom mühafizəsi, patrul, humanitar yüklərin müşayiəti vəzifələrini yerinə yetiriblər. Mənbə bildirir ki, xidmət zamanı hərbi polis heyətindən heç kəs döyüşlərdə iştirak etməyib. Ölü və yaralılar qeydə alınmayıb.
Suriyaya göndərilən ikinci çeçen hərbi polis batalyonunun xidmət müddəti 5 ay davam edəcək. Hər iki batalyon buraxılmış "Şərq” və "Qərb” batalyonları əsasında yaradılıb.