Kaşoqinin qətli: Səudiyyə Ərəbistanının baş prokuroru İstanbulda - "Le Monde" yazır






"Bu gün Səudiyyə Ərəbistanının baş prokuroru Abdallah Əl-Muajah  Türkiyəyə səfər edib".

"Sherg.az" Fransanın "Le Monde" agentliyinə məxsus "www.nouvelobs.com" saytına istinadən xəbər verir ki, A.Əl-Muajah İstanbulda  türkiyəli həmkarı İrfan Fidanla görüşərək qətlə yetirlən səudiyəli jurnalist Camal Kaşoqinin qətli ilə bağlı müzakirələr aparıb. 

Onun Türkiyəyə gəlişini zəruri edən isə rəsmi Ankaranın Səudiyyədən bu qətlin səbəblərini və eyni zamanda qatilin kimliyinin mümkün qədər tez aşkalanması tələbi olub. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib. Amma agentlik görüşün detalları barədə heç bir məlumat açıqlamayıb. 

Görüşdən sonra A.Əl- Muajah oktyabrın 2-də C.Kaşoqinin qətlə yetirildiyi -Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna yollanıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan  jurnalist C.Kaşoqinin 59 yaşı var.  Onun "Washington Post" qəzeti ilə əməkdaşlıq etdiyi iddia olunur. Bundan başqa qeyd olunur ki, o, güclü neft krallığına qarşı beynəlxalq tənqidi dalğa yaradıb və bununla da Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd İbn Salmanın imicini darmadağın edib. Məhz ona görə də C.Kaşoqi ölkəsinin İstanbuldakı konsulluğuna daxil olub və oradan bir daha geri dönməyib. 

Tərcümə etdi: Ayyət Əhməd