Kənardan edilən dini təsirlər azalacaq
20:57 05.07.2017
Arxiv
494
Qərara gəlinib ki, respublikanın müxtəlif bölgələrində kollec-mədrəsə tipli təhsil müəssisələri təsis edilsin
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkədə dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
Komitənin son 6 aydakı fəaliyyəti ilə bağlı keçirilmiş kollegiya iclasında çıxış edən S.Salahlı respublika üzrə 204 Quran kursunun təşkil olunduğunu və dini tədrisin getdikcə daha da genişləndirilə biləcəyini söyləyib.
Komitə sədrinin müavini onu da vurğulayıb ki, dini təhsillə bağlı proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında komitənin həyata keçirdiyi tədbirlərin QMİ ilə razılaşdırıldığını bildirdi:
- Biz həmişə bu fikirdə olmuşuq ki, Azərbaycanda dini tədrisin ölkə daxilində keyfiyyətli aparılmasına çalışılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi artıq xeyli vaxtdır ki, bu istiqamətdə birgə çalışır. Dini təhsil kursları üçün tədris proqramları razılaşdırma əsasında tərtib edilir. Dini təhsil kurslarında 2 qurum arasında razılaşdırılmış tədris proqramları tədris edilir. Bu haqda qərar da QMİ və DQİDK tərəfindən birgə qəbul edilib.
Məqsəd də budur ki, dini təhsil kurslarında qanundankənar hallara yol verilməsin. Əlbəttə, bunun müsbət tərəfləri var. Dinin tədrisində kənar təsirləri minimuma endirmək üçün birgə fəaliyyət və əməkdaşlıq vacibdir.
Qərara gəlinib ki, respublikanın müxtəlif bölgələrində kollec-mədrəsə tipli təhsil müəssisələri təsis edilsin. Bu təhsil müəssisələrinin özəlliyi ondan ibarət olacaq ki, orada tədris müasir dövrün tələblərinə uyğun təşkil ediləcək. Yəni, həm dini təhsil, həm də dünyəvi təhsil veriləcək. Biz ilahiyyatçılar həmişə bu fikri irəli sürmüşük ki, insan öz dini barəsində nə qədər geniş məlumata malik olarsa, yad, kənar və zərərli təsirlərə bir o qədər az məruz qalar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya