Kibrit çöpü satırdı sonra milyarder oldu - VARLANMAĞIN SİRRİ

Ingvar Kamprad 40 milyard dollar həcmindəki sərvətiylə dünyanın barmaqla sayılan varlılarındandır. "IKEA"nın banisi olan iş adamı, kibrit çöpü sataraq başlayıb.
Qənaət etmək və pul qazanmaq üçün şəxsi həyatında və şirkət rəhbərliyində inanılmaz üsullar tətbiq edən Ingar Kamprad "Varyeməz əmi" kimi də tanınır.
Sherg.az Türkiyə mətbuatına istinadən 92 yaşlı milyarderin inanılmaz hekayəsini təqdim edir.
1926-ci ildə əkinçi bir ailənin oğlu olaraq İsveçin kasıb bölgələrindən Smalandda dünyaya gələn Ingvar Kamprad 5 yaşında qonşularına kibrit çöpü sataraq ticarət həyatına başlayır.
Kamprad, 10 yaşına gələndə Milad zamanı məhəllədə velosipedlə gəzərək yeni il dekorasiyaları, balıq və qələm də satmağa başlayır.
2-3 qat artıq müştərisini tapanda xərcinin 5 mislinə satdığı məhsullardan inanılmaz xoşbəxt olduğunu da gizlətmir. Hətta bunun həyatındakı ən böyük sevinc olduğunu deyir.
Oxumağı gec öyrənsə də dərslərində uğurlu olan Ingvar Kamprad yoldaşları oyun oynayarkən pul toplamağa başlayır və 1943-ci ildə atasının hədiyyə olaraq verdiyi pulla da "IKEA" markasını yaradır.
IKEA brendi öz ad və soyadının, fermalarının (Elmtaryd) və kəndinin (Agunnaryd) baş hərflərinin birləşməsindən ibarətdir. Xüsusi bir mənası yoxdur.
Bir çox istehlak mallarının satıldığı IKEA üçün Kamprad, əsl tələb edilən qələmlər üçün həyatında ilk dəfə 63 dollar kredit çəkdiyini deyir. O pulla Parisdən 500 qələm gətirdir.
Pulsuz qəhvə və kökə ikram etməklə qələmlərini təklif edən IKEA çox uğurlu olanda Kamprad, fürsət tapan kimi bu taktikanı həyata keçirməyə davam edib.
IKEA restoranları fikri o vaxtlar ağlına gəlir və bu gün təkcə mağazalardakı restoran və kafelərin gəliri 1.8 milyard dollardır.
IKEA, əsl "partlayışı" isə 1951-ci ildə girdiyi mebel işində edib. Rəqibi Alvestanın qəzet elanıyla zinət hesab edilən mebelə biganə qalmayan Kamprad, ucuz istehsalçılarla razılaşaraq hazırda çox dəbdə olan ilk kataloqunu nəşr edir.
"60 ədəd bahalı oturacaq satmaqdansa, 600 dənə ucuz stul satmaq daha yaxşıdır" düzturu ilə hərəkət edən Kamprad, qiymətləri azaltdığı üçün tədarükçülərdən boykot alsa da dərhal dayanmayıb.
Ölkə daxilində yaratdığı montaj zavoduna Polşadan mebel xammalı idxalına başlayaraq öz istehsalını qurub. 
Günümüzdə bilinən növdən ilk IKEA mağazasının açılış tarixi isə 1953-cü ildir.
Amerikadakı "ödə-daşı" sistemini araşdıran və təsirlənən Kamprad, 1965-ci ildə Stokholm mərkəzinin xaricində 31 min kvadratmetrlik ən böyük mağazasını açdı.
Kampradın icarələrini aşağı salan, mağaza tutumunu və park sahələrini genişləndirən bu dahiyanə ideya firması daha çox müştəri cəlb edib.
Nəqliyyat xərclərini azaltmaq üçün də birləşdirilməyə hazır mebel hissələrinin satışına başlandı. İçlərinə material qoydu və tapmaca kimi gələn bu mebel işini insanlar çox sevdi.
Yetmədi, insanların aldıqlarını daşıması üçün bir də vasitələrin üstlərinə montaj edilən xizək fikrini inkişaf etdirib satmağa başladı. Satışlar çox qısa müddətdə 2 misli artım göstərdi.
IKEA mağazalarındakı rəflərin tələbdən dolayı tez boşaldığını görəndə mağazanı "showroom" olaraq istifadə etməyə qərar verdi və anbarı ayırdı. İnsanlar mağazadan məhsul seçib anbardan yükləməyə başladılar.
Kamprad, beləliklə, daşıma işini də müştəriyə etdirirərək əsas xərclərindən birini pullu hala gətirdi və ciddi qənaət etməklə bərabər sərvət qazandı.
Ingvar Kampradın yeganə qənaət üsulu bu deyil əlbəttə. "Qurd iş adamı" sırf az vergi ödəmək üçün firmasını əvvəl Kopenhagenə, sonra Amsterdama apardı.
Kamprad qənaət etmək üçün saçlarını inkişaf etməkdə olan ölkələrdə kəsdirir. 2016-ci ildə verdiyi bir müsahibədə son olaraq Vyetnamda bərbərə getdiyini söyləmişdi.
Bərbər qaydasını, bir dəfəyə məxsus, 2008-ci ildə, Hollandiyada pozub. Bir dəvətə getmək üçün 22 avro məbləğində hesabı ödəmək məcburiyyətində qalır.
İKEA-nın banisi geyim məsələsində də olduqca qənaətcildir. Bit bazarından, ikinci əl paltarlar alaraq qarderobun böyük bir hissəsini təşkil edir.
İllərdir ki, eyni pul kisəsi, saatı tətbiq etməkdən çəkinmir. Bu cür məhsulların bir məqsəd deyil, vasitə olduğunu düşünərək, özünü göstərməyi mənasız sayır.
Kamprad iş ziyafətinə gələndə də Mişelin ulduzlu ya da lüks restoranlarını bir kənara qoyaraq IKEA restoranlarına üstünlük verir. Hətta say ilə verilən duz və istiotu də evinə apararaq, istifadə etdiyini deyir.
Zənginlikdə özü ilə müqayisə olunmayacaq adamlar xüsusi təyyarələrdə səyahət edərkən Kamprad ucuz uçuş firmaları ilə iqtisadiyyat sinfində işini həll etməyi sevir. Bu adətini həmişə davam etdirir.
Avtomobil məsələsində həddindən artıq təvazökar bir seçimi var. 1993-cü il model steyşın vaqon Volvo 240 marka avtomobilini 20 ildən çoxdur istifadə edir.
Kampradın ev seçimi də bir o qədər sadədir. Az vergi vermək üçün getdiyi İsveçrədən 2014-ci ildə İsveçə qayıdan iş adamı mebellərini 88 yaşında olmasına baxmayaraq özü qurub. Ev üçün ərzaq alış-verişini edərkən marketlərin güzəşt günlərini izləyir, aksiyalı mallara üstünlük verir və bir neçə manatlıq da olsa üstünlük təmin edən mağaza kartlarını həmişə istifadə edir. Kamprad əli qənaətcil olmasına baxmayaraq, üzə çıxartmasa da, yoxsullar üçün ciddi ianələr edir.
2014-ci ildə ölkənin ən yaxşı sahibkarı mükafatını alan Kamprad çıxışında "Evdə yemək yeməsinə icazə verilməyən, axıra göndərilən pərişan halda işçilər gördüm" - demişdi.
IKEA-nın qurucusunun bir də övladlığa götürdüyü qızı və INGKA adlı xeyriyyə işləri aparan təşkilatı var.
Ingvar Kampradın uğurlarla dolu karyerasında "həyatımın ən böyük səhvi" dediyi qara bir ləkə də qəbul edir. IKEA-nın banisi, alman olan anasının bir Hitler heyranı olmasına görə, bir vaxt Nasist Partiyasının iclaslarında iştirak edib. İkinci Dünya Müharibəsində tərəfsiz qalan İsveçdə Nasist fəaliyyətləri 1945-ci ildən sonra davam edib. 20 yaşlarının əvvəlində Kamprad da 1948-ci ilə qədər yığıncaqlara qatılmağı davam etdirmiş, lakin sonra buraxıb. Ingvar Kamprad bu səhvinə görə, bütün əməkdaşlarına məktub yazaraq üzr istəmişdi.
Ikeanın bu gün dünyada 340 ədəd mağazası var. Şəhər mərkəzindən uzaq, daha ucuz yerlərə mağaza açan IKEA 2016-cı ilin ilk 8 ayında 39 milyard dollar dövriyyəyə çatmışdı.
Müəllif Malkolm Qaldvell üçün Ingvar Kamprad iş dünyasında nadir insandır. Dəqiqlik, aydınlıq və qarşı çıxma xüsusiyyətlərini müasirliyinin əsas elementləri kimi görür.
Kamprad 95 yaşına çatmasına baxmayaraq şirkəti hazırda özü idarə edir. Xüsusilə, strateji qərarları özü verməkdən çəkinmir.
Kampradın 3 oğlu - Piter, Jonas və Mathias isə şirkətdə yüksək səviyyəli rəhbərlikdən və xüsusilə, yeni mağazalardan səlahiyyətlidirlər.
Aysel Aslan