Klipində İslam dinini təhqir edən müğənni həbs edildi






Əsl adı Wee Meng Chee olan malayziyalı müğənni Namewee sonuncu klipində islam dinini təhqir etdiyi üçün saxlanılıb.
BBC xəbər verir ki, ifaçı "Oh My God” adlı klipində Malayziyadakı məscid, kilsə və buddist məbədinin içində rəqs edib.
Bundan başqa, o, mahnıda "Allah və "Şükür” kəlmələrini istifadə edərək dinə mətnaltı ismarıclar yollayıb.
33 yaşlı müğənni haqqında "İslamı və müqəddəs yerləri alçaltmaq” maddəsi ilə saxlanılıb.

Qeyd edək ki, Namewee daha öncə Malayziyanın dövlət himnini parodiya etdiyi üçün böyük tənqidlərlə üzləşmişdi.