Köçaryan plan qurub
20:47 27.04.2016
Arxiv
580
Oskanyan partiya yaradır, Rusiyadan dəstək gələcək
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan aprelin 27-də yeni siyasi partiyanın yaradılması ilə bağlı bəyanatla çıxış edəcəyini bildirib. Məlumata görə, bu açıqlamanı keçmiş nazir jurnalistlərlə görüşü zamanı verib. O, partiya tərkibinin həm deputatlar, həm də parlamentdə yer almayan siyasətçilərdən ibarət olacağını bəyan edib. Bundan başqa, V.Oskanyan bütün siyasi qüvvələrlə əməkdaşlıq edəcəklərini söyləyib.
Qeyd edək ki, V.Oskanyanın təşəbbüsü ilə yaradılan partiya "Birlik” adlanacaq.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, V.Oskanyan Robert Köçaryanın vaxtında XİN başçısı işləyib. Aralarındakı münasibətləri isə Ermənistanda hamı yaxşı bilir: "İndiki şəraitdə artıq Sarkisyan hakimiyyəti müəyyən mənada ictimai fikirdə laxlayıb. Artıq Köçaryan və onun ətrafı hərəkətə keçməyə başlayıb. V.Oskanyanın siyasi təşkilat yaratmasını təxminən bu yöndə dəyərləndirmək lazımdır. R.Köçaryanın siyasi komandası V.Oskanyanın təşkilatı adı altında birləşəcək. Yəqin ki, növbəti seçkilərdə onlar öz ağırlıqlarını ortaya qoyacaqlar. V.Oskanyanın təşkilatına Rusiyadan da ciddi dəstək gələcək. Çünki Köçaryanın Rusiya hakimiyyətində və xüsusi xidmət orqanlarında çox ciddi əlaqələri, dəstəyi var. Son zamanlar Köçaryan Sarkisyan hakimiyyətinin əleyhinə çıxış edir. Ola bilsin ki, Sarkisyan prezidentlik müddətini başa vurduqdan sonra Köçaryan yenidən hakimiyyətə gəlsin. V.Oskanyanın təşkilat yaratması da bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirilə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual