Pediatr Günay Rəsulovanın sözlərinə görə, yeni doğulan hər körpənin dünyaya gələndən sonra kritik günləri olur. Buna isə biz pediatrlar uyğunlaşma müddəti deyirik:
Körpə doğulduqdan 3 gün sonra niyə öldü? – “İlk 5 gün kritik sayılır”
13:18 17.08.2018
Arxiv
1174
30 iyul 2018-cil il tarixində Bakıda yerləşən "German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb. Bu barədə şikayət edən valideyn Yusif Sadiyevə avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildiriblər. Avqustun 3-də uşağın biri dünyasını dəyişib. Bunu qəbul edib şikayət etməyən valideynlər digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif ediblər. Amma xəstəxanadan onlara şifahi şəkildə bildirilib ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.
Qeyd edək ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.
"Bu da o deməkdir ki, 3 gün sonra ölən uşağa ölü doğulub yazılması və bunu texniki səhv olduğunu qeyd etmələri artıq bizdə klinikanın fəaliyyəti haqqında böyük suallar yaradır. Digər bir tərəfdən isə vəziyyəti ağır olan uşağın, daha doğrusu ölümcül vəziyyət saldıqları uşağın da müalicəsindən boyun qaçırmaları və bunun mütləq OMD-də davam etməli olduğunu israrla qeyd etmələri, ölən uşağa belə saxta sənəd verilməsi "German Hospital”ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir. Olan bu hadisələrdən sonra hələ bir bizi təhdid edərək köçürülməyə razı olmadığınız halda "uşaqdan imtina edirsiniz” demələri çox ağır bir mənəvi zərbədir”.
Bir uşaq səbəbsiz yerə ölə bilərmi? Ümumiyyətlə, son zamanlar mətbuatda da tez-tez rastlaşdığımız uşaq ölümlərinin səbəbi nədir?
Pediatr Günay Rəsulovanın sözlərinə görə, yeni doğulan hər körpənin dünyaya gələndən sonra kritik günləri olur. Buna isə biz pediatrlar uyğunlaşma müddəti deyirik: "Ani körpə ölümləri sindiromu” doğulduqdan etibarən tam sağlam olan uşaqlarda belə görülə bilir. Həmin kritik günlərdə isə sağlam doğulan körpələrdə belə bir sıra patoloji vəziyyətlər üzə çıxa bilər. İlk iki günü sağlam keçirən uşağın 4-5-ci günlər vəziyyətinin pisləşməsi normal haldır. Məhz bu səbəbdən yeni doğulan körpələri ilk 3-5 gündə xəstəxana şəraitində saxlayıb, sonra evə buraxırlar”.
Pediatrın sözlərinə görə, xüsusilə də ekiz doğuşlar daha riskli olur və həmin körpələrin dünyasını dəyişmək ehtimalı daha çox olur.
Risk qrupuna aid olan uşaqların həmin vəziyyətdən çıxarılması isə artıq tibb personalının professionallığına bağlıdır. Xəstəxananın tibbi şəraiti və körpənin durumu da mühüm rol oynayır. Ani körpə ölümünə səbəb olan bir sıra virus infeksiyaları var ki, bəzi uşaqlar bu xəstəlikdən xilas ola bilir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə