"Korrupsiyasız dövlət təsəvvür etmək mümkün deyil” - Araz Əlizadə




"133 vəzifəli şəxs barəsində cinayət işi açılıb, onlar məhkəməyə cəlb edilibsə, deməli, korrupsiya ilə mübarizə tədbirləri effektivdi”.

Bunu Sherg.az-a 2017-ci ilin birinci yarım ili üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hesabatına münasibət bildirərkən millət vəkili Araz Əlizadə deyib. O bildirib ki, bundan sonra da korrupsiya ilə mübarizə tədbirləri davam etdiriləcək:

"İş onsuzda aparılacaq və biz bu proseslərin nəticələrini görəcəyik. Lakin qeyd etməliyik ki, dünyada korrupsiyasız ölkə yoxdur. Ona görə, nə qədər mübarizə aparılsa da korrupsiyasız dövlət təsəvvür etmək mümkün deyil”.

Qeyd edək ki, idarədə vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Aysel Aslan