
Krılov nəyə işarə edir?
19:00 06.10.2015
Arxiv
855
“Qarabağda müharibə başlasa, region İraqa və Suriyaya çevrilə bilər”

"Rusiyanın Suriyaya qoşun çıxarması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artmasına səbəb olub”. Bunu Qafqazşünaslıq təşkilatının sədri, rusiyalı politoloq Aleksandr Krılov deyib. Ermənistanın açıq şəkildə müharibə anonsu verdiyini iddia edən politoloqun sözlərinə görə, cəbhə xəttində vəziyyət daha da kəskinləşəcək:
"Müharibənin başlaması Azərbaycanın, yaxud Ermənistanın iradəsi ilə olmayacaq. Ancaq müharibə regionun Suriya, yaxud İraqa çevrilməsinə gətirib çıxaracaq. Tərəflərdən hansınınsa tezliklə qalib gəlmək şansı azdır”. Krılov onu da bildirib ki, Rusiya təcili surətdə tərəflərin barışığına nail olmalıdır.
Rusiyalı ekspertin iddialarını "Şərq”ə şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Aleksandr Krılovu yaxşı tanıdığını deyib: "Krılov hər zaman erməniləri müdafiə edən açıqlamalarla gündəmə gəlib. Amma sonuncu dediklərində nəyə görəsə, ermənilərin maraqlarına uyğun gəlməyən fikirlər söyləyib. Ermənistan tərəfinin müharibə başlatmaqda maraqlı olması iddiası heç də inandırıcı deyil. Çünki bu ölkənin ağır vəziyyəti hamıya bəllidir. Ermənistanın əsas niyyəti tutduğu torpaqları əlində saxlamaq, indiki status-kvonu qoruyaraq, danışıqlar prosesini mümkün qədər uzatmaqdır. Cəbhə xəttində atəşkəsin mütəmadi pozulması isə erməni tərəfinin "var olduğunu” sübut etməyə çalışması ilə bağlıdır. Ermənilər mövqelərimizi atəşə tutmaqla üstün olduqlarını göstərmək istəyirlər. Ancaq məlumdur ki, ermənilərin geniş miqyaslı, lokal hərbi əməliyyatlar təşkil etmək gücü yoxdur”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Suriyada baş verənlər müəyyən qədər bölgəyə təsir edir. Ancaq Dağlıq Qarabağ cəbhəsində artan gərginliyin Rusiyanın Suriyaya müdaxiləsi ilə əlaqəsi yoxdur: "Azərbaycan indiki status-kvonu dəyişmək, işğaldan qurtulmaq istəyir. Bunun isə bir yolu var. Düşmən ölkə işğal etdiyi torpaqları azad etməlidir. Əslində Azərbaycan cəbhə bölgəsində nəbz yoxlaması həyata keçirir. Ermənilər elə zənn edirdilər ki, Azərbaycanı Qazax və Tovuz istiqamətində atəşə tutsalar, bunun Qarabağa heç bir aidiyyəti olmadığı üçün KTMT dövlətləri Ermənistanın yanında olacaq. Ancaq son günlər cəbhə xətti boyunca müşahidə olunan atışmalar və onların nəticələri göstərdi ki, Rusiya heç də İrəvanın düşündüyü kimi erməniləri müdafiə etmək niyyətində deyil. Düzdür, Rusiya Ermənistanın strateji müttəfiqidir, amma Kreml anlamalıdır ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad etməlidir. Moskvanın isə bu prosesə müdaxilə etməyə haqqı yoxdur. Əgər ermənilər Dağlıq Qarabağ cəbhəsi də daxil olmaqla bütün sərhəd boyu Azərbaycan ordusunun mövqelərini atəşə tutursa, milli ordumuz eyni istiqamətdə Ermənistanı bombalayacaq. Bunu Rusiya da anlayır və fikir verirsizsə, son günlər yaşanan proseslərə qarışmır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya