Külək Şəkini dağıtdı (FOTO)
10:21 03.06.2014
Arxiv
389
Gecə saatlarında başlayan güclü külək və yağış fəsadlar törədib
Şəkidə gecə saatlarında başlayan güclü külək və yağış bir sıra fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurduğundan gecə saatlarından şəhərin bəzi hissəsində elektrik enerjisi verilməsi dayandırılıb. Güclü külək əsasən yol kənarındakı iri gövdəli ağacları aşırıb. Şəhərin müxtəlif ərazilərində aşan ağaclar isə yaxınlıqdakı evlərin dam örtükləri, elektrik naqillərinə ziyan vurub. Həmçinin aşan ağaclar yolda avtomaşınların və sakinlərin gediş-gəlişinə də problem yaradıb. Şəhərin 4 müxtəlif yerlərində aşan ağaclar səbəbilə nəqliyyatın hərəkəti də məhdudlaşıb.
Bununla yanaşı külək bəzi yaşayış evlərin dam örtüyünü də qopararaq yollara atıb. Bəzi küçələrdə iri gövdəli ağaclar aşmasa da əyilərək təhlükəli vəziyyət yaradıb. Rayon İcra Hakimiyyətinin Kommunal təsərrüfat idarəsinin rəisi İntiqam Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, şəhərin müxtəlif yerlərində ağaclar evlərin üstünə aşıb.
"Ele yerlər var ki, aşmasa da, hazırda təhlükəli vəziyyət yaranıb. Səhər 07-də iş rejiminə başlamışıq. Bütün texnikalarımız cəlb olunub. Günün axırına qədər yaranmış problemlərin aradan qaldırılmasına çalışacağıq”, - deyə İntiqam Əliyev vurğulayıb.
Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, gecə saatlarından başlayan güclü külək əsasən şəhərin elektrik təsərrüfatına ziyan vurub. Müxtəlif ərazilərdə 4 transformator sıradan çıxıb. Onlardan ikisi artıq təmir olunsa da, digər ikisində hələ də işlər aparılır. Ona görə də, hazırda şəhərin müxtəlif ərazilərində enerji yoxdur.
Dəyən ziyanın aradan qaldırılması və yolların təmizlənməsi istiqamətində şəhər təsərrüfatı və aidiyyatı qurumlar tərəfindən işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət