Kürdəmirdə quşların kütləvi tələfatın SƏBƏBİ AÇIQLANDI
14:00 17.04.2017
Arxiv
404
Dövlət Baytarlıq Nəzarəti Xidməti bir sıra kütləvi informasiya vasitələrində (KİV) Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatındakı 2 aylıq quşların tələf olması ilə bağlı yayılan məlumatları araşdırıb.
DBNX-dan Lent.z-a verilən məlumata görə, bununla əlaqədar aprelin 11-də Kürdəmir Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən həmin təsərrüfatda araşdırma aparılıb. Araşdırma zamanı quşlar arasında tələfatın yalnız Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına, baytar həkiminə müraciət etmədən baytarlıq aptekindən müxtəlif dərman preparatları alması və quşlara verməsi müəyyən olunub.
Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib, həyət və toyuq hini dezinfeksiya edilib.
Ölən quşlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən quşların zəhərlənmədən və koksidioz xəstəliyindən tələf olması müəyyən edilib. Patoloji-anatomik yarma zamanı isə quşların bağırsaqlarında külli miqdarda askarid qurdları aşkar olunub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region